Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Abşeronda havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti olacaq. Bakıda isə gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.