Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12°, gündüz 16-19° isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dəyişkən buludlu olacağı, lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.