Aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.