top
Bazarlarda kartof və soğanın qiymətinin artmasının səbəbi nədir?
05 aprel 2022, 03:28
- ↺ +

Bazarlarda kartof və soğanın qiymətinin artmasının səbəbi nədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkədə bir ay bundan öncə kiloqramı 50-55 qəpiyə olan soğan hazırda 1,30 manata satılır. Kiloqramı 1 manatdan satılan kartofun qiyməti isə 1,70 manata qalxıb. Bazarlardakı bu qiymət artımı ilə bağlı aprelin 5-də Report araşdırma aparıb.

"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Vüqar Babayev soğanın bahalaşmasını istehsalda maya dəyərinə çəkilən xərclə əsaslandırıb.

“Soğanın saxlama kameralarına çəkilən xərclər artıb, dünya bazarlarında gübrələrin qiyməti kəskin artıb. Elə gübrələr var ki, qiymət artımı yüz faizdir. 2021-ci ildə ölkədə enerjinin qiymətinin artması da istehsalımıza təsir göstərib”, - deyə sədr bildirib.

O, həmçinin qeyd edib ki, daha öncə ölkəyə Rusiyadan, Ukraynadan, Türkiyədən və Pakistandan ucuz qiymətə soğan gətirilirdisə, indi idxal dayanıb.

Lakin V.Babayevin sözlərinə görə, bu ay soğanın qiymətinin azalması gözlənilir : “Ramazan ayına görə hazırda toy şənliklərinin sayı kəskin azalıb. Bu da soğan istehlakına təsir göstərir”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva kartofun qiymətinin artmasını region ölkələrinin bazarlarındakı dəyişikliklə əlaqələndirib. Eyni zamanda, o bildirib ki, aprelin 10-dan sonra təzə kartof və təzə soğan bazara çıxacaq və du da həcmdə artıma səbəb olacaq.

Qeyd edək ki, Azərbaycanda soğana illik tələbat 240 min ton təşkil edir. Bu məhsulun özünütəminetmə göstəricisi 100%-dən çoxdur. Kartofa isə illik tələbat 800-840 min ton təşkil edir. Ölkəmizdə sözügedən tərəvəzin istehsalı illik tələbatın 90%-ni ödəyir. Qalan 10% isə xaricdən idxal olunur.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Bu gün, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Bu gün, 13:29

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

Yerli xəbərlər
Bu gün, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Bu gün, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Bu gün, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Bu gün, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Bu gün, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Bu gün, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Bu gün, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Oxşar xəbərlər