Azərbaycanda sentyabrın 15-dən "Aİ-95” premium və “Aİ-98” markalı yanacağın qiymətləri 1,45 və 1,60 manatdan müvafiq olaraq 1,60 və 1,90 manata qalxıb. Bu isə avtomobil bazarı ilə maraqlanan şəxslərdə narahatlıq yaradıb.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun Report-a verdiyi məlumata görə, çox yanacaq işlədən və daha yüksək markalı benzin tələb edən avtomobillərə marağın azalacağı gözlənilir:
““Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin qalxmasının ikinci əl avtomobillərin satışına mənfi təsiri gözləniləndir. Çünki avtomobil almaq istəyən şəxs "Premium" markalı benzinin baha olması səbəbilə “Aİ-92” benzinlə, dizellə, sıxılmış qazla işləyən və ya hibrid mühərrikli avtomobillərə və elektromobillərə üz tutacaq”.
Ekspertin dediyinə əsasən, hibrid və elektromobillərin baha, köhnə avtomobillərin isə ekoloji problemləri olduğundan, benzinin qalxması bahalı və yeni avtomobillərin dövriyyəsinə təsir edəcək.