Cari ildə Beyləqan rayonunda 15 175 ton şəkər çuğunduru istehsal edilib. Bu barədə Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən 16 dekabr tarixində Azərtac məlumat verib.
Məlumata əsasən məhsul 471,16 hektar sahədən yığılıb. Orta məhsuldarlıq 322,07 sentner təşkil edib. Rayonda şəkər çuğundurunun yığımı başa çatıb. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Beyləqan rayonunda 398 hektar ərazidə şəkər çuğunduru əkilib və həmin ərazilərdən 21 208 ton məhsul yığılıb.