Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova kassasiya şikayəti verib. Bu haqda 8 yanvar tarixində Report məlumat yayıb.
Ali Məhkəmədə keçiriləcək cinayət işi üzrə hazırlıq iclası fevralın 24-də baş tutacaq.
Belə ki, qadın qeyri-rəsmi nikah münasibətində olduğu şəxsin qətlini sifariş edib. Rayon sakini Şahsuvar Əsədov həmin şəxsi tüfənglə öldürüb. O, meyiti rayonun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.
Keçirilən əməliyyatlar nəticəsində cinayəti törədən şəxs tutulub. Onun evindən “İJ-16” markalı tüfəng tapılıb və maddi sübut kimi götürülüb.
Hökmə əsasən, qətli törədən şəxs 19 il, sifarişçi qadın isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əvvəl Şirvan Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.