Beyləqanda 63 yaşlı kişini avtomobil vurub. Bu barədə 26 aprel tarixində Report xəbər verib.
Məlumata əsasən, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1959-cu il təvəllüdlü şəxsi vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Daha sonra xəsarət alanın vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib. Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.