Bugün, noyabrın 19-da Biləcəri lokomotiv deposunun açılışı olub. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunacaq. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib.
Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın işçi çalışacaq.
“Bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına, yük və sərnişin daşımalarının yaxşılaşdırılmasına imkan yaradacaq”, - deyə qurumdan bildirilib.