Biləsuvar rayonunun Səmədabad kəndində iki evdə yanğın baş verib. Bu haqda martın 17-də Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Məlumata görə, 42 kvadratmetr olan birmərtəbəli fin tipli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 pəncərə çərçivəsi yanıb.
Alov söndürülüb.