Bu gün, martın 18-də Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Mahir Quliyevə hökm oxunub. Bu haqda Report xəbər paylaşıb.
O, 11 il müddətinə azadlıqdan məhrum edilib.
***
13:07
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Prokuror Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevə 12 il həbs cəzası tələb edib. Bu haqda martın 18-də APA xəbər verib.
Sabiq icra başçısının vəkili müdafiə üçün məhkəmədən vaxt istəyib.
Mahir Quliyev 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, “mənimsəmə və israf etmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “təkrar rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələrilə ittiham olunub.