Bakının Xəzər rayonunda motosiklet çayxananın pəncərəsinə çırpılıb. Bu haqda aprelin 23-də APA məlumat yayıb.
Qəza Bilgəh qəsəbəsində qeydə alınıb. Hadisə 2003-cü il təvəllüdlü oğlanın idarə etdiyi motosikletə nəzarəti itirməsi nəticəsində baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. O, müxtəlif sınıq xəsarətləri alıb.