Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu barədə APA yanvarın 29-da xəbər yayıb.
Məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. “Daewoo” markalı 108-B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəzarəti itirərək yol ayrıcında olan “Opel” markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitəsi zərbənin gücündən işıq dirəyinə dəyərək dayanıb. Avtobus isə işıqfora çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.
Foto: APA
[URIS id=28625]