Bugün, oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsində bayrağımızın ucaldılmasından 1 il ötür. Bununla Azərbaycanın İranla 132 kilometrlik sərhəd ərazisi işğalçılardan tamamilə təmizlənib.
Bu tarixdə, həmçinin Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4, Zəngilan rayonunun isə 13 kəndi geri qaytarılıb.
Ağbəndin işğaldan azad edilməsi ilə Azərbaycan 30 ildən sonra İranla sərhədini tam bərpa edib və cənub-qərb istiqamətində Ermənistanla sərhədə çıxıb.
Sözügedən qəsəbə 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 22, 2020
Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 22, 2020
Eşq olsun müzəffər Azərbaycan Ordusuna! pic.twitter.com/VWXyakxOxH
— İlham Əliyev (@azpresident) October 22, 2020