2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bir ölkə sakini orta hesabla ayda 336,8 manat həcmində ticarət şəbəkəsindən məhsul alıb. Bu barədə 19 oktyabr tarixində Dövlət Statistika Komitəsi məlumat yayıb.
Vətəndaşların xərclədiyi vəsaitin 182,1 manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq hissəsi isə qeyri-ərzaq mallarının payına düşüb.
Cari ilin ilk 9 ayında istehlakçılar 30 milyard manatdan çox məhsul əldə edib. Vəsaitin 49%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15%-i geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 16,3%-i digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Cari ilin ilk 9 ayında istehlakçılar məhsullara ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyard manat çox vəsait xərcləyib.