2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bir ölkə sakini orta hesabla ayda 343,8 manat həcmində ticarət şəbəkəsindən məhsul alıb. Bu barədə Dövlət Statistika Komitəsinin 15 noyabr tarixində dərc olunan hesabatında əks olunub.
Vətəndaşların xərclədiyi vəsaitin 185,7 manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq hissəsi isə qeyri-ərzaq mallarının payına düşüb.
Cari ilin ilk 10 ayında istehlakçılar 34 milyard manatlıq məhsul əldə edib. Vəsaitin 49%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 15,4%-i geyim və ayaqqabıların, 6%-i isə avtomobil benzini və dizel yanacağının alınmasına sərf edilib.
Ötən ilin eyni dövründə bir ölkə sakini orta hesabla ayda 379 manat vəsait xərcləmişdir.