"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və ona hərtərəfli hörmət etməyə çağırırıq".
Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.
Bu barədə İnsanoid 13 sentyabr tarixində BMT-yə istinadən xəbər verir.
O, eyni zamanda Ermənistan və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırıb.