Bakı Nəqliyyat Agentliyi (BNA) qeyri-sabit hava şəraiti ilə bağlı dekabrın 22-də əhaliyə xəbərdarlıq edib. Bəzi yerlərdə 23-24 dekabr tarixlərində qar yağacağı ehtimal edilir.
Belə ki, əhaliyə qarlı havada ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə olunur.
“Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar, enişli-yoxuşlu yollarda diqqətli olsunlar.
Sərnişinlərdən isə avtobus dayanacaqlarında diqqətli olmaları, dayanacaqdan kənarda avtobusa minib-düşməmələri xahiş edilir”, - deyə BNA bildirib.
Həmçinin vətəndaşların yolu keçərkən piyada keçidlərindən istifadə etməli olduqları vurğulanıb.