Bakı Nəqliyyat Agentliyi noyabrın 24-də gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
Piyadaların yeraltı keçidlərdən istifadə etmələri, sürücülərdən isə icazə verilən sürətə və yol nişanlarının tələblərinə əməl etmələri tövsiyə olunur. BNA həmçinin sürücüləri avtomobillərini səkilərdə və ağacların altında saxlamamağa çağırıb.