Bakı Nəqliyyat Agentliyi tərəfindən 6 küçə və prospektdə xüsusi zolaq çəkilib. Bu barədə 27 dekabr tarixində Report Agentliyə istinadən məlumat verib.
Məlumatda deyilir ki, sözügedən tədbirlərə baxmayaraq nəzarətin yetərli olmaması səbəbindən, R.Behbudov küçəsi və Atatürk prospekti istisna olmaqla, xüsusi zolaqların təşkil edildiyi digər yollarda müsbət təsirlər hiss olunmur.
2021-ci il ərzində Agentlik 76 küçə və prospektin layihəsini işləyib, 30 layihəni isə icra edib. Ümumilikdə son 6 il ərzində avtomobil qəzalarının sayı 40%, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 12% azalıb.