Kişi boksçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə kubalı Pedro Roke təyin edilib. Bu barədə 26 aprel tarixində Azərbaycan Boks Federasiyasının rəsmi səhifəsində məlumat verilib.
Məşqçi ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Pedro Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında boksçularımız 1 gümüş və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. Kubalı məşqçi 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyib.