top
Böyrəyinin birini xanımına veribmiş...
04 aprel 2025, 01:32
- ↺ +

Böyrəyinin birini xanımına veribmiş...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Bakıda səfərdə oldular.

Prezident Frank-Valter Ştaynmayer və birinci xanım Elke Büdenbender Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak etdilər, İçərişəhəri gəzdilər, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertə baxdılar.

Frank-Valter Ştaynmayer Bakıda verdiyi bəyanatda "Qarabağ Azərbaycan ərazisidir" deməklə erməniləri də məyus etdi.

Modern.az saytı alman prezident və onun xanımı ilə bağlı maraqlı bir məlumatı təqdim edir: dövlət başçısı Frank-Valter Ştaynmayer öz böyrəyinin birini xanımı Elke Büdenbenderə verib.

69 yaşlı prezidentlə 63 yaşlı birinci xanımın 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var.

Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.

Birinci xanım Elke Büdenbender 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib.

Donor onun əri olub. O zaman böyrəyinin birini xanımına bağışlayan Frank-Valter Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində də qalıb.

O zaman Frank-Valter Ştaynmayer xanımı üçün donor olmasını belə izah etmişdi: "Alternativin olmamasına və analizlərin nəticələrinə görə mən özüm böyrək donoru oldum". Siyasətçinin sözlərinə görə, cütlük donor böyrəyini gözləməmək qərarına gəlmişdi, çünki həkimlərin fikrincə, transplantasiya təcili lazım idi və bu proses gecikməməliydi.

2010-cu ilin oktyabrında Frank-Valter Ştaynmayer yenidən aktiv siyasi fəaliyyətə qayıdıb.

Birinci xanım Elke Büdenbender inzibati işlər üzrə hakimdir. O, mümkün qədər şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Maraqlıdır ki, Elke Büdenbender 1995-ci ildə Ştaynmayerlə evləndikdən sonra soyadını dəyişməyib. Şəxsi həyatını nə qədər diqqətdən kənarda saxlamağa çalışsa da, 2010-cu ilin yayında Elke Büdenbender istəmədən özünü ictimaiyyətin diqqət mərkəzində tapdı. O zaman böyrək çatışmazlığından əziyyət çəkirdi. Vəziyyət o qədər mürəkkəbləşdi ki, Elkenin yalnız iki yolu var idi: ya həyatının qalan hissəsi üçün həftədə bir neçə dəfə dializ müalicəsi qəbul etmək, ya da böyrək transplantasiyası. Bununla belə, uyğun bir orqan üçün orta gözləmə müddəti beş-yeddi il idi - Elkenin isə vaxtı yox idi. Donor məsləsində əri onun köməyinə çatdı.

Frank-Valter Ştaynmayerin hərəkətləri ona dərin ictimai hörmət qazandırdı. O, nə ilə məşğul olduğunu bilirdi: artıq bir neçə onilliklərdir ki, o, ölümündən sonra orqan donoru olmağa razılığını təsdiqləyən xüsusi kart daşıyır. Tələbəlik illərində Ştaynmayerin özü də oxşar vəziyyətlə üzləşmişdi: ağır infeksiyaya yoluxan gələcək siyasətçi görmə qabiliyyətini itirə bilərdi və yalnız riskli buynuz qişasının transplantasiyası sayəsində bundan xilas olması mümkün idi. O zaman onun gözünü əməliyyat etdilər.

Frank-Valter Ştaynmayer 19 mart 2017-ci ildə Almaniya prezidenti seçilib. Bundan öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləyib, 2007-2009-cu illər isə vitse-kansler olub. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Oxşar xəbərlər