top
Bu gün Azərbaycanın ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəylinin doğum günüdür
12 yanvar 2022, 00:44
- ↺ +

Bu gün Azərbaycanın ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəylinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xudadat bəy Rəfibəyli 12 yanvar 1878-ci ildə Gəncədə anadan olub.

O, Gəncə klassik gimnaziyasında, daha sonra isə Ukraynanın Xarkov İmperator Universitetinin (indiki Xarkov Milli tibb universiteti) tibb fakültəsində təhsil alıb. Daha sonra, 1907-ci ildə Rəfibəyli Gəncəyə qayıdıb. O, Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri hesab edilir. Xudadat bəy 15 noyabr 1907-ci ildə Gəncə şəhər xəstəxanasında direktor vəzifəsinə təyin olunub.

Həkim ictimai sahələrdə də fəaliyyət göstərib. Onun iştirakı ilə Gəncədə Nizaminin məqbərəsini bərpa etmək üçün ayrıca bir cəmiyyət yaradılıb. 1914-cü ildə onun təşəbbüsü ilə Gəncədə Yelizavetpol Tibb Cəmiyyəti adlı ilk qurum yaradılıb. Bu cəmiyyət Birinci Dünya Müharibəsində türklərə köməklik göstərib, həkimlərdən ibarət könüllü dəstələrin döyüş bölgələrinə gedib, yaralılara tibbi yardım göstərilməsini təşkil edib.

Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri idi. 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda o, ilk Səhiyyə və Himayədarlıq Naziri vəzifəsinə təyin olunub. 18 sentyabr Cümhuriyyət hökuməti Bakıya köçüb və Xudadat bəy burada Xalq Səhiyyəsi Naziri vəzifəsində çalışıb. O, 6 may 1919-cu ildə Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edilib.

27 aprel 1920-ci ildə Azərbaycan ərazisi Rusiya bolşevikləri tərəfindən işğal edilib və 28 aprel burada sovet hakimiyyəti qurulub. Xudadat bəy Gəncənin qubernatoru vəzifəsindən azad edilib.

12 may 1920-ci ildə Xudadat bəy Rəfibəyli bolşeviklər tərəfindən həbs olunub. 1 iyun 1920-ci ildə isə o, Nargin (Böyük Zirə) adasında güllələnib. Azərbaycan SSR Prokurorluğu 2 iyul 1990-cı ildə Xudadat bəy Rəfıbəyli barəsində açılmış cinayət işinə xitam verib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
10 noyabr 2026, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
10 noyabr 2026, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
10 noyabr 2026, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Oxşar xəbərlər