1873-cü il martın 10-da indiki Nizami Gəncəvi adına Muzeyin binasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” (Lənkəran xanının vəzirinin sərgüzəştləri) komediyası səhnəyə qoyulmuşdur. Həmin tamaşanın göstərildiyi gün Azərbaycanda milli teatrın yaranma tarixi hesab olunur.
Tamaşa Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən nümayiş etdirilmişdir. Bu işdə maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun mühüm rolu olmuşdur.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də xidməti olub. O, 1883-cü ilin sonlarında Bakı şəhərində ilk teatr binası inşa etdirib. Həmin binada bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyət göstərir.