Bu gün, yanvarın 12-də su xəttində aparılan bəzi təmir işləri ilə əlaqədar Bakının Kürdəxanı və Pirşağı, həmçinin Abşeron rayonunun Novxanı, Goradil və Mehdiabad qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC-nin rəsmi səhifəsində məlumat yerləşdirilib.