Bugünədək “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan 480 sahibkar və menecer faydalanıb. Bu haqda 8 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova istinadən Azərtac xəbər verib.
Bu proqramın məqsədi KOB-ların nəzəri və praktik biliklərini artırmaq və Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metodu və texnoloji təcrübələr barədə məlumatlar əldə etməkdir.