top
Bu gün Leyli və Məcnun operasının tamaşaya qoyulmasından 114 il keçir
12 yanvar 2022, 05:28
- ↺ +

Bu gün Leyli və Məcnun operasının tamaşaya qoyulmasından 114 il keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 12 yanvar 1908-ci ildə Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Musiqili Komediya Teatrının binasında) səhnəyə qoyulub. Bu hadisə müsəlman Şərqində opera sənətinin əsasını qoyub.

“Leyli və Məcnun” operası XVI əsrin Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bu əsərlə musiqi tarixində operanın yeni növü - muğam operası yarandı.

İlk tamaşanın quruluşçusu aktyor və rejissor Hüseyn Ərəblinski olmuşdur. Tamaşanın dirijoru isə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Tamaşanı Hacıbəyovun seminariya yoldaşları olan musiqiçilərdən ibarət orkestr, muğam hissələrini isə tarzənlər: Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Tamaşanın bədii tərtibatında publisist, rəssam Əli bəy Hüseynzadənin rolu olmuşdur.

Məcnun rolunun ilk ifaçısı aktyor Hüseynqulu Sarabski olub. Operanın səhnələşdirilməsində əsas çətinlik Leyli rolunun ifaçısını seçmək idi. XX əsrin əvvəllərində Azərbaycanda qadınlar səhnədə çıxış edə bilmədikləri üçün, bu rolun ilk ifaçısı kişi olub. Bir dəfə Üzeyir bəy çayçıda olarkən, çayçı işləyən birinin zümzüməsini eşidir və ona Leyli rolunu təklif edir. Beləliklə, Leylinin ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilir.

Sonrakı tamaşalarda Leyli rolunun ifaçıları Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov, qadın ifaçılardan isə Sona Hacıyeva, Cahan Talışinskaya, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Flora Kərimova olub. Məcnun rolunu isə Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov canlandırıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
10 noyabr 2026, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
10 noyabr 2026, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
10 noyabr 2026, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Oxşar xəbərlər