top
Televiziya verilişindən Çempionlar Liqasına: Sabah Avstraliya mediasının diqqətində
28 avqust 2026, 11:40
- ↺ +

Televiziya verilişindən Çempionlar Liqasına: "Sabah" Avstraliya mediasının diqqətində

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi Avstraliya mətbuatının da diqqətindən yayınmayıb. Məşhur Avstraliyanın ESPN nəşri Azərbaycan çempionunun tarixi uğuruna geniş yazı həsr edib.

İdman.Biz xəbər verir ki, nəşr "Sabah"ın qısa müddətdə keçdiyi inkişaf yolunu, Çempionlar Liqasına vəsiqə qazanmasını və baş məşqçi Valdas Dambrauskasın maraqlı karyera tarixçəsini oxucularına təqdim edib.

Yazıda əvvəlcə "Sabah"ın klub tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində iştirak edəcəyi vurğulanıb. Nəşr Azərbaycan təmsilçisinin püşkatmadan sonra "Barselona", "Arsenal" və "Borussiya" Dortmund kimi Avropanın nəhəngləri ilə qarşılaşacağını qeyd edib.

ESPN "Sabah"ın cəmi 2017-ci ildə yaradıldığını xüsusi diqqətə çatdırıb. Klubun Azərbaycan çempionu və ölkə kubokunun qalibi olması, bununla da uzun illər ölkə futbolunda dominantlıq edən "Qarabağ"ın hegemonluğuna son qoyması yazıda ön plana çıxarılıb.

Nəşr "Sabah"ın yüksək liqaya yüksəlişini də qeyri-adi hadisə kimi təqdim edib. Klub 2017/18 mövsümündə Azərbaycan Birinci Liqasında beşinci yeri tutsa da, ilk dörd komandanın Premyer Liqada iştirak üçün lisenziya ala bilməməsi nəticəsində elitaya yüksəlib.

Dambrauskasın qeyri-adi hekayəsi

ESPN-in yazısında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın karyera yolu da xüsusi maraq doğurub.

49 yaşlı litvalının futbolçu karyerasını 23 yaşında başa vurduğu və daha sonra məşqçilik fəaliyyətinə başladığı bildirilib. Onun həyatında dönüş nöqtəsi isə 2002-ci ildə iştirak etdiyi televiziya viktorinası olub.

Dambrauskas 4 000 lit qazandı, bu məbləğ o vaxt təxminən 1 100 ABŞ dollarına bərabər idi (bugünkü alıcılıq qabiliyyəti ilə təxminən 3,4 min AZN). O, bu pulla Londona gedərək məşqçilik kurslarına qatılıb. O, İngiltərədə müxtəlif işlərdə, o cümlədən qəzet paylanması və uşaq baxıcılığı sahəsində çalışıb. Daha sonra məşqçi kimi fəaliyyətə başlayan Dambrauskas karyerasında Litvada "Jalgiris"lə ölkə çempionu olub, Bolqarıstanda "Ludoqorets"i çempionluğa daşıyıb, həmçinin Latviya və Xorvatiyada kuboklar qazanıb.

ESPN qeyd edib ki, Dambrauskas "Sabah"ı Çempionlar Liqasının liqa mərhələsinə çıxaran ilk litvalı baş məşqçi olub.

"Sabah" dörd mərhələdə də autsayder idi

Avstraliya nəşri Azərbaycan çempionunun Çempionlar Liqasına gedən yoluna da geniş yer ayırıb.

Qeyd olunub ki, "Sabah" "The New Saints", KUPS, "Orhus" və "Hapoel Beer-Şeva" ilə oyunların heç birində favorit sayılmayıb. Buna baxmayaraq, Azərbaycan təmsilçisi bütün mərhələləri keçərək tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.

Xüsusilə "Hapoel Beer-Şeva" ilə pley-off mərhələsinin cavab oyunu vurğulanıb. "Sabah"ın 94-cü dəqiqədə vurduğu qolla görüşü əlavə vaxta daşıdığı, daha sonra iki qol vuraraq 5:2 hesablı qələbə qazandığı və iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə mərhələni keçdiyi yazılıb.

ESPN həmçinin "Sabah"ın Çempionlar Liqasının liqa mərhələsinə çatmaq üçün dörd təsnifat mərhələsini keçən nadir klublardan biri olduğunu qeyd edib.

Yazıda "Sabah"ın çəhrayı-qara rəngləri də diqqətdən kənarda qalmayıb. Nəşr Azərbaycan çempionunu Çempionlar Liqasının qrup və ya liqa mərhələsinə yüksələn əsas rənglərindən biri çəhrayı olan ilk klub kimi təqdim edib. Klubun "Qara-çəhrayılar" ləqəbi daşıdığı və Masazır gölünün çəhrayı rənginin komandanın yeni rəng seçiminə təsir etdiyi bildirilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər