top
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb
28 avqust 2026, 10:18
- ↺ +

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.

İnsanoid.com Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, proses sentyabrın 2-si saat 23:59-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.

Subbakalavrlar müsabiqədə iştirak etmək üçün sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 7-ci sayından seçə bilərlər. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər