top
Səhiyyə Nazirliyi Böyük Qayıdış proqramı çərçivəsində Laçın sakinlərinə səyyar stomatoloji aksiyası keçirib - FOTO
28 avqust 2026, 16:19
- ↺ +

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın sakinlərinə səyyar stomatoloji aksiyası keçirib - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində səyyar tibbi aksiyaları davam etdirir.

İnsanoid.com Nazirliyə istinadən xəbər verir ki, növbəti belə aksiya Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadasının iştirakı ilə keçirilən aksiya zamanı rayon sakinləri, eləcə də "Böyük Qayıdış" proqramı çərçivəsində bölgədə çalışan mütəxəssislər ödənişsiz stomatoloji müayinələrdən keçirilib, onlara müvafiq konsultativ tibbi xidmət göstərilib.

Aksiya çərçivəsində müasir tibbi texnologiyalardan biri olan BPR Swiss SMART-PORT portativ stomatoloji qurğusundan istifadə edilib. Tam avtonom iş rejiminə malik olan bu innovativ sistem səyyar şəraitdə yüksək keyfiyyətli stomatoloji xidmətlərin göstərilməsinə imkan yaradır. Qurğunun qısa müddətdə quraşdırılması, fasiləsiz işləməsi və mikromotor, ultrasəs skaler, üçfunksiyalı şpris kimi avadanlıqlarla təchiz olunması müalicə prosesinin operativ və rahat təşkilinə şərait yaradıb.

Laçın sakinləri portativ stomatoloji qurğunun imkanlarından istifadə etməklə yerində tam stomatoloji müayinə və müalicə xidmətləri alıblar. Bu yanaşma həm tibbi xidmətlərin əlçatanlığını artırıb, həm də vətəndaşların əlavə vaxt sərf etmədən müayinədən keçməsinə imkan verib.

Aksiyanın əsas məqsədi ağız və diş sağlamlığının qiymətləndirilməsi, stomatoloji xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqindən ibarət olub.

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi ilə stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqlarından ibarət həkim briqadası tərəfindən ətraflı müayinələr aparılıb. Ümumilikdə, 90-a yaxın vətəndaş tibbi müayinədən keçirilib, ehtiyac olan şəxslərə müalicə prosedurları icra olunub, profilaktik tövsiyələr və fərdi konsultasiyalar verilib.

Səyyar tibbi aksiyalar işğaldan azad edilmiş ərazilərdə əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışının genişləndirilməsinə, erkən diaqnostikanın təşviqinə və "Böyük Qayıdış" proqramı çərçivəsində bölgələrdə sağlam həyat mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər