Müdafiə Sənayesi Nazirliyi 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Hal-hazırda nazirliyə general-polkovnik Mədət Quliyev rəhbərlik edir.
Müdafiə Sənayesi Nazirliyi radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumudur.
İlk dəfə 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edilmişdir. Və həmin il bir neçə hərbi zavod yaradılmışdır.
Müdafiə Sənayesi Nazirliyi, hərbi texnika istehsalı və modernləşdirilməsi sahəsində aşağıdakı ölkələrlə əməkdaşlıq edir: İsrail, İordaniya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Cənubi Afrika Respublikası, Almaniya.