Bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu başlayır. Bu haqda noyabrın 4-də APA məlumat verib.
Sayca 8-ci olan bu foruma dünyanın 40-dan çox ölkəsi qatılacaq. Tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi” və bu kimi mövzuların müzakirəsi aparılacaq.
Forum noyabrın 6-da başa çatacaq.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Bundan əvvəl VII Qlobal Bakı Forumu 2019-cu ildə 14–16 mart tarixlərində "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilimişdir.