Bu gündən, sentyabrın 20-dən etibarən Bakı metrosu yeni rejimdə işləyir.
Gur hərəkət saatlarında “Həzi Aslanov - 28 May” xəttində hərəkət intervalı 2 dəqiqəyə qədər azaldılacaq. "28 May" stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların intervalları 4 dəqiqəyə endiriləcək.
Gur hərəkət saatları 07:30 - 09:30 və 17:30 - 19:30 hesab olunur.
Dəyişikliklər dərs ilinin başlanması və yay mövsümünün sonu ilə əlaqədardır.