Aprelin 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz rayonlarında, Şəki şəhərində 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Bu gün keçiriləcək imtahanda 24864 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1 919 imtahan zalı ayrılıb.