Bu gün 21 mindən çox şagird 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək. Bu haqda aprelin 23-də Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahan Bakı, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad, Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz rayonlarında, Naftalan, Şirvan və Sumqayıtda keçiriləcək.
Qiymətləndirilmə saat 11:00-da başlayacaq. Şagirdlərdə imtahana buraxılış vərəqəsinin, sağlamlıq haqqında bəyannamənin və şəxsiyyəti təsdiq edən sənədin əslinin olması zəruridir.