Bu gün saat 10:00-dan Bakının Sabunçu rayonunda qaz olmayacaq. Bu barədə İnsanoid bu gün, 14 sentyabr tarixində “Azəriqaz”a istinadən xəbər verir.
Bu, “Qaz İxrac” İdarəsi tərəfindən “Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə bağlıdır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Sabunçu qəsəbəsinin, 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H. Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X. Natavan küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.