Cari ildə ölkənin müxtəlif bölgələrində ümumən 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Report-un yaydığı məlumata görə, bunu aprelin 29-da “Azəriqaz” İB-nin rəsmisi Teymur Cəfərov deyib.
O bildirib ki, bu, həm regionları, həm də Bakı şəhərini əhatə edir. Şöbə rəisinin sözlərinə görə, hazırda 32 yaşayış məntəqəsində iş gedir.
“Hazırda ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edir. 2009-cu ildə isə həmin göstərici 62,2% olub”, - deyə qurumun nümayəndəsi əlavə edib.