2022-ci ildə Azərbaycanın Avropaya 10,5 milyard kubmetr qaz nəql edəcəyi proqnozlaşdırılır. Bu haqda aprelin 29-da SOCAR məlumat verib.
Beləliklə, bu göstəricinin 2021-ci illə müqayisədə 30% artması gözlənilir.
Cari ilin ilk üç ayında Azərbaycan Avropaya 2,6, Türkiyəyə 2,2, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edib.