Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb. Bu barədə dekabrın 22-də idarədən məlumat verilib.
2020-2021-ci tədris ili üzrə 2 284 nəfər ümumi təhsil müəssisəni fərqlənmə attestatı ilə başa vurub. Onlardan 1520 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı alıb.
İdarənin nəzdində 318 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə məktəblərdə 467 722 şagird təhsil alır.