Bu ilin yanvar-noyabr aylarında Bakı Metropoliteni 72,1 milyon sərnişin daşıyıb ki, bu da ötən il ilə müqayisədə 3,5% azdır. Bu barədə dekabrın 16-da Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sərnişinlərin azalmasının əsas səbəblərindən biri koronavirus infeksiyasına görə tətbiq edilən bağlanmalar olub.
2020-ci ilin yanvar-noyabr ayları ərzində metrodan istifadə etmiş sərnişinlərin sayı 74,7 milyon nəfər olub.