2021-ci il ərzində Azərbaycanın imzaladığı beynəlxalq müqavilələrin sayı açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında bildirib.
Məlumatda qeyd edilir ki, il ərzində qonşu dövlətlərlə yanaşı
- Ukrayna,
- Belarus Respublikası,
- Estoniya Respublikası,
- Bolqarıstan Respublikası,
- Serbiya Respublikası,
- Çex Respublikası,
- Slovakiya Respublikası,
- Xorvatiya Respublikası,
- Macarıstan,
- Pakistan İslam Respublikası,
- Monqolustan,
- Qətər Dövləti,
- Səudiyyə Ərəbistanı Krallığı,
- İndoneziya Respublikası,
- İspaniya Krallığı ilə - ümumilikdə 27 beynəlxalq müqavilə imzalanıb.
Bundan başqa, 2021-ci ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda Səfirlikləri təsis edilib.