Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Bu haqda dekabrın 8-də Ədliyyə Nazirliyi bildirib.
İl ərzində doğulan uşaqlara daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub. Uşaqlara adlar qoyulan zaman onların mənbəyinin və məzmununun araşdırılmasına da xüsusi diqqət edilir.
Qeyd edək ki, gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub.