2022-ci ilin əvvəlindən Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisinə qazın nəql olunmasına başlanılıb. Bu barədə 5 yanvar tarixində Report məlumat verib.
Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi bildiri ki, ümumilikdə gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur. Türkmənistandan alınan ümumi qazın təxminən 20-30%-ni svop haqqı kimi İran götürəcək.
Qeyd edək ki, qaz sazişi, 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində imzalanıb.