Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 2-də havanın temperaturu Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.
Rayonlarda hava əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.