top
Bugün Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğum günüdür
15 dekabr 2021, 22:13
- ↺ +

Bugün Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalisti, “Azərbaycan gəncləri” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür. Media nümayəndəsi 16 dekabr 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

O, 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNSU) daxil olub. Salatın Əsgərova mühəndislik fakültəsini bitirsə də, jurnalist kimi fəaliyyət göstərib. Media nümayəndəsi 1984-cü ildə “Bakı” qəzetində, dörd il sonra isə “Azərbaycan gəncləri” qəzetində işləyib. Qəzetin əməkdaşı kimi Birinci Qarabağ müharibəsinin ilk günlərindən hərbi mövzuda yazılar hazırlayıb, tez-tez cəbhənin qaynar nöqtələrindən məlumat verib.

9 yanvar 1991-ci ildə jurnalist Laçından Şuşaya yollanarkən, onun olduğu avtomobil Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən atəşə tutulub. Daha sonra ermənilər avtomobilin qapısını açıb, yaralı qadını dayanmadan güllələyiblər. Media nümayəndəsi elə orada dünyasını dəyişib. Hazırda onun şəhid olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.

Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. 1992-ci ildə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Təfəkkür Universitetində jurnalistin büstü qoyulub, yaşadığı binaya isə barelyefi vurulub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Dünən, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Dünən, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Dünən, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Dünən, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Dünən, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Dünən, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Dünən, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Dünən, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Dünən, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Dünən, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Oxşar xəbərlər