Bugün Azərbaycanda orta məktəblərin ibtidai siniflərində payız tətili başlayıb. Bu haqda noyabrın 19-da Təhsil Nazirliyinindən məlumat verilib.
Belə ki, beş günlük məktəblərin ibtidai siniflərində tətil bir gün davam edəcək, digər siniflərdə isə tətil olmayacaq. Altı günlük məktəblərin ibtidai siniflərində bu gün və sabah dərslər keçirilməyəcək. V-XI siniflərdə isə tətil 20 noyabr olacaq.
Qeyd edək ki, əvvəllər məktəblərdə 16-20 noyabr tarixləri payız tətili hesab edilirdi.