Bugün, noyabrın 26-sı Bakı saatı ilə 14:30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq. Bu barədə noyabrın 23-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş çərçivəsində regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın qaydaya salınması ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək.