Bugün, oktyabrın 18-də Azərbaycanda müstəqilliyin bərpasından 30 il ötür.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən qəbul edilib. Həmin gündən azərbaycanlılar ilk dəfə bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Azərbaycan XX əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmişdir. Daha öncə, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay sürmüşdür. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir.
Türkiyə Cümhuriyyəti, Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ və Rusiya Azərbaycan Respublikasını ilk tanıyan dövlətlərdir.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni, sonra isə üçrəngli Bayrağı və Dövlət Gerbi təsdiq olunub.
15 oktyabr 2021-ci il tarixində “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Qərara əsasən, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd olunacaq.
Bildirilib ki, 18 Oktyabr iş günü, 28 May isə qeyri-iş günü sayılacaq.
Bundan öncə, mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.
Today marks the 30th Anniversary of the restoration of the independence of the Republic of #Azerbaijan.On this special occasion, we cordially congratulate all #Azerbaijani People & wish success & prosperity to our victorious country ??!
Zəfərlə qarşıladığımız Bayramımız Mübarək pic.twitter.com/AumrJN2GOt— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 18, 2021