Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 8-13° isti olacaq.