Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində çiskinli yağış olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 19-20° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.